Keniyada yol qəzası baş verib, ölənlər var

Keniyada yol qəzası baş verib, ölənlər var Keniyanın qərbində, Kisumu – Keriço magistral yolunda, Avasi qəsəbəsi yaxınlığında ötən gecə paytaxt Nairobiyə gedən sərnişin avtobusunun qarşıdan gələn yük maşını ilə toqquşması nəticəsində 13 nəfər ölüb, 35 nəfər xəsarət alıb.
Digər ölkələr
4 Oktyabr , 2019 15:09
Keniyada yol qəzası baş verib, ölənlər var

Keniyanın qərbində, Kisumu – Keriço magistral yolunda, Avasi qəsəbəsi yaxınlığında ötən gecə paytaxt Nairobiyə gedən sərnişin avtobusunun qarşıdan gələn yük maşını ilə toqquşması nəticəsində 13 nəfər ölüb, 35 nəfər xəsarət alıb.

“Report” “The Star”a istinadən xəbər verir ki, ölənlər arasında 6 nəfər qadın və bir uşaq, habelə hər iki sürücü də var.

Şahidlərin dediyinə görə, avtobus sürücüsü bir traktoru ötüb keçmək istəyərkən qarşıdan gələn yük maşınına çırpılıb.

Müxtəlif bədən xəsarətləri alan zərərçəkənlər xəstəxanalara yerləşdiriliblər. Hadisəyə dair araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi