Yuxarı

​Keniyada yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

Hadisə nəticəsində ən azı 73 nəfər itkin düşüb

Bakı. 2 May. REPORT.AZ/ Keniyanın paytaxtı Nayrobidə altımərtəbəli yaşayış evinin dağılması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. "Report" xəbər verir ki, bu haqda "Associated Press" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, bir neçə gün əvvəl baş vermiş hadisə nəticəsində ən azı 73 nəfər itkin düşüb.

Hadisə yerində axtarış-xilasetmə tədbirləri davam edirilir. Faciə yerinə baş çəkmiş Keniya prezidenti Uxuri Keniata ərazidəki bütün binaların dağılmasının riskinin yoxluğuna əmin olmaq üçün onların yoxlanılmasını tələb edib.

Dövlət başçısı habelə dağılmış binanın sahiblərinin həbs edilməsi haqda göstəriş verib.

Ötən il paytaxtda keçirilmiş tədqiqatlar nəticəsində məlum olub ki, şəhərdəki binaların yarısından çoxu yaşamaq üçün yararsızdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi