Keniyada xilasedicilər uçmuş altımərtəbəli binanın dağıntıları altından 2 nəfəri xilas edə bilib.
“Report” xəbər verir ki, bu barədə yerli “Citizen TV” telekanalı bildirib.
Telekanalın məlumatına görə, hadisə Nayrobidəki Embakasi dairəsində baş verib. Hadisə zamanı 7 nəfər həlak olub. Beynəlxalq
İlkin məlumatlara görə, binanın uçması inşa prosesindəki qüsurlara görə baş verib. Hadisə yerində xilasetmə işləri davam edir. Əməliyyatın başlanğıcından 35 nəfər xilas olunub.