Keniyada tikilməkdə olan binanın uçması nəticəsində 6 nəfər ölüb

Digər ölkələr
  • 13 noyabr, 2026
  • 14:52
Keniyada tikilməkdə olan binanın uçması nəticəsində 6 nəfər ölüb

Keniyanın paytaxtı Nayrobi yaxınlığında tikilməkdə olan binanın çökməsi nəticəsində 6 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli "Citizen TV" telekanalına istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə Nayrobi – Mombasa magistralında yerləşən yüksəksürətli dəmir yolunun son stansiyası yaxınlığında, Mlolonqo rayonunda baş verib.

Nəticədə 6 nəfər ölüb, yaralananların sayı məlum deyil.