Yuxarı
    Bağlamaq

    ​Keniyada basırıq zamanı 141 tələbə xəsarət alıb

    Onlar təsadüfi partlayışları terror hücumu kimi qəbul ediblər

    Bakı. 12 aprel. REPORT.AZ/ Keniyanın paytaxtı Nayrobi şəhərinin tələbə şəhərciyində yaranan basabas zamanı bir tələbə ölüb, 141 nəfər yaralanıb.

    "Report" "Associated Press"ə istinadən xəbər verir ki, basırıq tələbələrin universitetin elektrik transformatorunda baş verən bir neçə partlayışı terror hücumu kimi qəbul etməsi nəticəsində yaranıb.

    Xəsarət alanların əksəriyyəti özlərini yataqxana binasının yuxarı mərtəbələrindən aşağı atanlardırlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi