Keniya Cənubi Sudana qoşun göndərməyə razılıq verib

Keniya Cənubi Sudana qoşun göndərməyə razılıq verib Bu barədə BMT-nin baş katibi Antoniu Quterriş məlumat verib
Digər ölkələr
2 Fevral , 2017 03:39
Keniya Cənubi Sudana qoşun göndərməyə razılıq verib

Bakı. 2 fevral. REPORT.AZ/ Keniya hökuməti Cənubi Sudanda dinc sakinləri daxili münaqişənin nəticələrindən qorumaq üçün regional qüvvələrin tərkibində bu ölkəyə qoşun göndərməyə razılıq verib.

"Report" xəbər verir ki, bu barədə 30-31 yanvar tarixlərində Efiopiyanın paytaxtı Əddis-Əbabada keçirilən Afrika İttifaqı sammitindən qayıdan BMT-nin baş katibi Antoniu Quterriş məlumat verib.

Keniya hökuməti generalının sözügedən Afrika ölkəsindəki "mavi dəbilqəlilər"in komandanı vəzifəsindən azad olunmasına cavab olaraq ötən ilin noyabrında BMT-nin Cənubi Sudandakı Missiyasının tərkibindən çıxmışdı.

Son xəbərlər

Orphus sistemi