Keniya 2023-cü ildə qəhvə istehsalının demək olar ki, 97%-ni ixrac edib

Keniya 2023-cü ildə qəhvə istehsalının demək olar ki, 97%-ni ixrac edib Keniya ötən il ərzində istehsal edilən 48,6 min ton kofenin 47 min tondan çoxunu (97 faiz - Qeyd) ixrac edib.
Digər ölkələr
27 Fevral , 2024 06:09
Keniya 2023-cü ildə qəhvə istehsalının demək olar ki, 97%-ni ixrac edib

Keniya ötən il ərzində istehsal edilən 48,6 min ton kofenin 47 min tondan çoxunu (97 faiz - Qeyd) ixrac edib.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi Kooperativlər və Mikro, Kiçik və Orta Müəssisələrin İnkişafı Nazirliyinin katibi Saymon Çeluqiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, 2023-cü ildə ölkə qəhvə ixracından 251 milyon dollardan çox gəlir əldə edib. Çeluqi Keniya-Kolumbiya Qəhvə Texniki Əməkdaşlıq Forumu zamanı deyib:

“Qəhvə sənayemizin üzləşdiyi bir çox problemlərə, o cümlədən beynəlxalq qiymətlərin dəyişməsinə və iqlim qeyri-müəyyənliyinə baxmayaraq, Keniya qəhvəsi qlobal səhnədə misilsiz keyfiyyəti ilə öz nüfuzunu qoruyub saxlamaqda davam edir”.

Keniya qəhvəsinin əsas ixrac istiqamətləri ABŞ, Belçika, Almaniya, Cənubi Koreya, İsveç, Avstraliya, Danimarka və Norveçdir.

O qeyd edib ki, hökumət sənayeni daha da maliyyələşdirmək və onun artımını stimullaşdırmaq üçün 27,4 milyon dollar dəyərində Qəhvə Albalı Fondunun yaradılması kimi bir sıra islahatlar həyata keçirir.

Son xəbərlər

Orphus sistemi