Cənubi Koreyanın keçmiş xarici işlər nazirinin oğlu Şimali Koreyadan siyasi sığınacaq istəyib

Cənubi Koreyanın keçmiş xarici işlər nazirinin oğlu Şimali Koreyadan siyasi sığınacaq istəyib Cənubi Koreyanın keçmiş xarici işlər nazirinin oğlu Çxo İn Quk Şimali Koreyaya qaçaraq siyasi sığınacaq istəyib.
Digər ölkələr
8 İyul , 2019 14:04
Cənubi Koreyanın keçmiş xarici işlər nazirinin oğlu Şimali Koreyadan siyasi sığınacaq istəyib

Cənubi Koreyanın keçmiş xarici işlər nazirinin oğlu Çxo İn Quk Şimali Koreyaya qaçaraq siyasi sığınacaq istəyib.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, onun atası xarici işlər naziri olub və 1980-ci illərdə Şimali Koreyaya qaçıb.

Çxo İn Qukun ölkə paytaxtı Pxenyana gəlməsi xəbəri Şimali Koreyanın dövlət televiziyası ilə yayılıb. 73 yaşlı keçmiş diplomat oğlu Şimali Koreya hakimiyyətinin nümayəndələri tərəfindən isti qarşılanıb.

“Mən valideynlərimin vəsiyyətləri həyata keçən ölkədə yaşamaq istəyirəm. Bu, çoxdankı qərar idi, mən onu indi reallaşdırdım”, - o vurğulayıb.

Çxo İn Quk son illərdə bir neçə dəfə Şimali Koreyada olub. O, 2006-cı ildə anasını dəfn etmək məqsədilə bu ölkəyə səfər edib. Bildirilib ki, Çxo İn Quk Şimali Koreyada birləşmə məsələləri ilə məşğul olan qurumda işləyəcək.

Onun atası Çxo Doksin 1961-1963-cü illərdə Cənubi Koreyanın xarici işlər naziri işləyib. O vaxtkı prezident Pak Çon Xi ilə fikir ayrılığına görə istefa verib. Keçmiş nazir ölkəsindəki hərbi rejimi kəskin tənqid edirmiş. 1970-ci illərdə ABŞ-a miqrasiya, on il sonra isə Şimali Koreyaya köç edib.

Son xəbərlər

Orphus sistemi