İsveçrə bankının keçmiş əməkdaşları külli miqdarda dələduzluqda ittiham olunurlar

İsveçrə bankının keçmiş əməkdaşları külli miqdarda dələduzluqda ittiham olunurlar Bakı. 4 yanvar. REPORT.AZ/ İsveçrənin ikinci böyük maliyyə sindikatı olan “Credit Suisse Group AG”ın keçmiş əməkdaşları olan Andrü Pirs, Surcana Sinqxe, Detelina Subeve Londonda ABŞ-ın sorğusu əsasında həbs ediliblər.
Digər ölkələr
4 Yanvar , 2019 12:59
İsveçrə bankının keçmiş əməkdaşları külli miqdarda dələduzluqda ittiham olunurlar

Bakı. 4 yanvar. REPORT.AZ/ İsveçrənin ikinci böyük maliyyə sindikatı olan “Credit Suisse Group AG”ın keçmiş əməkdaşları olan Andrü Pirs, Surcana Sinqxe, Detelina Subeve Londonda ABŞ-ın sorğusu əsasında həbs ediliblər.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, ABŞ Baş Prokurorluğunun nümayəndəsinin sözlərinə görə, adıçəkilən şəxslər Mozambik Respublikasının dövlət şirkətlərinin də iştirak etdiyi 2 milyard ABŞ dolları məbləğində dələduzluq əməliyyatında ittiham olunurlar. “Rüşvətxorluqla mübarizə qanununu pozmaq üçün sövdələşmə”, çirkli pulların yuyulması, qiymətli kağızlarla dələduzluq ilə bağlı maddələrlə ittiham olunan hər üç nəfər məhkəmənin qərarı ilə girov müqabiləsində sərbəst buraxılıblar.

İstintaqla əməkdaşlıq etdiklərini bildirən “Credit Suisse” “ittihamnaməyə görə, şəxsi mənfəət güdərək əməllərini gizlətməyə çalışan keçmiş əməkdaşlar bankın daxili nəzarət sistemini sıradan çıxartmağa cəhd göstəriblər” – şəklində şərh verib.

“Reuters”in qeyd etdiyi kimi, Bruklin Federal Prokurorluğunda araşdırılan eyni cinayət işi çərçivəsində dekabrın 29-da Cənubi Afrikada Mozambikin keçmiş maliyyə naziri Manuel Çanq da həbs edilmişdi. Həbs edilənlərlə bağlı ABŞ ekstradisiya tələbini irəli sürüb.

Son xəbərlər

Orphus sistemi