Avropa İttifaqı Ukraynanı dəstəkləməyə davam edəcək.
"Report" xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas sosial media hesabında paylaşım edib.
Məlumata görə, ali nümayəndə bu gün Ukraynanın müdafiə naziri Rüstəm Umerovla görüşüb.
"Nazir Umerov məni əmin etdi ki, ukraynalılar möhkəm dayanıblar, onlar öz azadlıqlarından və ərazilərindən əl çəkməyəcəklər. Avropa da möhkəm dayanacaq və onların mübarizəsində Ukraynanı dəstəkləməyə davam edəcək",- K.Kallas vurğulayıb.
This morning, I met with Minister of Defence of Ukraine, @rustem_umerov.
Minister Umerov assured me that Ukrainians are standing firm and will not give up their freedom and territory.