“Katrina” qasırğasının 10 illiyi ABŞ-da yad edilir

“Katrina” qasırğasının 10 illiyi ABŞ-da yad edilir Keçmiş prezident Bill Klinton da “Katrina” qasırğasının qurbanlarının xatirəsini yad edib
Digər ölkələr
30 Avqust , 2015 05:21
“Katrina” qasırğasının 10 illiyi ABŞ-da yad edilir

Bakı. 30 avqust. REPORT.AZ/ ABŞ-ın Yeni Orlean şəhərində dağıdıcı “Katrina” qasırğasının on illiyi müxtəlif mərasimlərlə qeyd olunur. 

"Report" BBC-yə istinadən xəbər verir ki, bu qasırğa ABŞ tarixində ən dağıdıcı təbii fəlakət hesab olunur. 2005-ci il avqustun 29-da baş verən qasırğa nəticəsində azı 500 adam həlak olmuşdu, yarım milyon insan evlərindən köçürülmüşdü, şəhərin 80 faizi su altında qalmışdı.

Keçmiş prezident Bill Klinton Yeni Orlean sakinləri ilə birlikdə “Katrina” qasırğasının qurbanlarının xatirəsini yad edib.

Son xəbərlər

Orphus sistemi