Kataloniyada on minlərlə insan İspaniyanın milli bayramını qeyd edib

Kataloniyada on minlərlə insan İspaniyanın milli bayramını qeyd edib Mitinq iştirakçıları “Yalan danışmayın, Kataloniya –İspaniyadır!” şüarlarını səsləndiriblər
Digər ölkələr
12 Oktyabr , 2017 18:04
Kataloniyada on minlərlə insan İspaniyanın milli bayramını qeyd edib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Kataloniyada on minlərlə insan İspaniyanın Milli bayramını qeyd etmək üçün küçələrə çıxıb. 

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, aksiyaya “Katalon vətəndaş cəmiyyəti” də qoşulub.

Mitinqdə “Kataloniyaya “bəli”, İspaniyaya da!” şüarları səsləndirilib.

Əyalət paytaxtı Barselonada tədbir iştirakçıları əllərində İspaniya və əyalətin bayraqlarını daşıyıblar. Aksiya iştirakçıları “Yalan danışmayın, Kataloniya İspaniyadır!”, “Puçdemon (Kataloniya hökumətinin başçısı – “Report”) həbsxanaya!”, “Yaşasın kral!”, “Yaşasın vətəndaş qvardiyası!” şüarlarını səsləndiriblər. 

Qeyd edək ki, oktyabrın 1-də əyalətdə “müstəqillik”lə bağlı “referendum” keçirilib. Heç bir dövlət və beynəlxalq təşkilat "referendum"un nəticələrini tanımayıb. Ona görə də əyalət rəhbərliyi Kataloniyanın müstəqilliyini elan etməyi təxirə salıb. 

Son xəbərlər

Orphus sistemi