Kataloniyada müstəqillik haqqında "referendumun" yekun nəticələri elan edilib

Kataloniyada müstəqillik haqqında "referendumun" yekun nəticələri elan edilib Muxtariyyətin müstəqilliyinə iki milyondan artıq seçici səs verib
Digər ölkələr
6 Oktyabr , 2017 19:31
Kataloniyada müstəqillik haqqında referendumun yekun nəticələri elan edilib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Kataloniya hökuməti oktyabrın 1-də keçirilmiş "müstəqillik haqqında referendum"un yekun nəticələrini elan edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, muxtariyyətin müstəqilliyinə iki milyondan artıq seçici səs verib. Bu da səsvermədə iştirak edənlərin ümumi sayının 90,18%-ni təşkil edir.

Səsvermədə 5,3 mln səsvermə hüququ olan seçicidən 2 286 217 nəfəri (43,03%) iştirak edib. Onlardan 2 milyon 44 min 38 nəfər (90,18%,) müstəqilliyin lehinə, 177 547 nəfəri isə əleyhinə (7,83% ) səs verib. 

Qeyd edək ki, səs verənlərin 1,98%-i qutuya boş bülleten atıb.

Oktyabrın 1-də keçirilən bu “referendumu” İspaniya hökuməti, Avropa İttifaqı, ABŞ və başqa dövlətlər, eləcə də Azərbaycan tanımadıqlarını bildiriblər. 

Son xəbərlər

Orphus sistemi