İspaniyada 10 mərtəbəli binada yanğın olub, 3 nəfər ölüb, 15 sakin yaralanıb

İspaniyada 10 mərtəbəli binada yanğın olub, 3 nəfər ölüb, 15 sakin yaralanıb Bakı. 5 yanvar. REPORT.AZ/ İspaniyanın Kataloniya əyalətinin Badalona şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 15 nəfər yaralanıb.
Digər ölkələr
5 Yanvar , 2019 16:21
İspaniyada 10 mərtəbəli binada yanğın olub, 3 nəfər ölüb, 15 sakin yaralanıb

Bakı. 5 yanvar. REPORT.AZ/ İspaniyanın Kataloniya əyalətinin Badalona şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 15 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “Efe” agentliyi yayıb.

Bildirilib ki, yanğın 10 mərtəbəli yaşayış binasında baş verib. Yaralılardan biri uşaqdır. Onun vəziyyətinin ağır olduğu bildirilib.

Yanğın zamanı təhlükəsizlik məqsədi ilə qonşu binanın sakinləri də köçürülüblər. 

Son xəbərlər

Orphus sistemi