Kataloniyada etirazlar zamanı 128 nəfər saxlanılıb, 207 polis xəsarət alıb

Kataloniyada etirazlar zamanı 128 nəfər saxlanılıb, 207 polis xəsarət alıb Kataloniyada muxtariyyətin müstəqillik tərəfdarlarının keçirdiyi etirazlarda 128 nəfər hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən saxlanılıb.
Digər ölkələr
19 Oktyabr , 2019 00:31
Kataloniyada etirazlar zamanı 128 nəfər saxlanılıb, 207 polis xəsarət alıb

Kataloniyada muxtariyyətin müstəqillik tərəfdarlarının keçirdiyi etirazlarda 128 nəfər hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

İspaniyanın Daxili İşlər naziri Fernando Qrande-Marlaksa keçirdiyi mətbuat konfransında bildirib ki, iğtişaşlar başlayandan bu günə qədər baş verən qarşıdurmalar zamanı 207 polis əməkdaşı xəsarət alıb.

Xatırladaq ki, mitinqlər, avtomobil və dəmir yollarının bağlanması və iğtişaşlar oktyabrın 14-də - İspaniya Ali Məhkəməsinin 2017-ci ildə qanunsuz şəkildə müstəqillik haqqında referendum keçirilməsində əli olan 12 katalon siyasətçi barədə hökm çıxardıqdan sonra başlayıb.

Son xəbərlər

Orphus sistemi