​Kataloniya liderinə qarşı cinayət ittihamı irəli sürüləcək

​Kataloniya liderinə qarşı cinayət ittihamı irəli sürüləcək Artur Masa məhkəmənin qadağasını pozmaqda ittiham olunacaq
Digər ölkələr
20 Noyabr , 2014 04:14
​Kataloniya liderinə qarşı cinayət ittihamı irəli sürüləcək

Bakı. 20 noyabr. REPORT.AZ/ İspaniya prokurorluğu regionun müstəqilliyinə dair qeyri-rəsmi referendumun keçirilməsini dəstəklədiyi üçün Kataloniyanın baş naziri Artur Masa qarşı cinayət ittihamı irəli sürmək niyyətindədir.

"Report" xəbər verir ki, Kataloniya hökumətinin məlumatına görə, cari ilin 9 noyabr tarixində keçirilən rəmzi səsvermədə 2 milyondan artıq yerli sakin iştirak edib.

Səsverənlərin 80%-dən çoxu əyalətin İspaniyadan ayrılaraq müstəqil olmasına tərəfdar çıxıb. Aparılan sorğunun heç bir hüquqi qüvvəsi olmayıb.

Noyabrın əvvəlində İspaniyanın Konstitusiya Məhkəməsi Kataloniya hakimiyyətinin üzərinə referendumun keçirilməsini ləğv etmək öhdəliyi qoyan qərar qəbul edib.

İndi Kataloniya lideri rəsmi olaraq məhkəmənin qadağasını pozmaqda ittiham olunacaq. 

Son xəbərlər

Orphus sistemi