​Kataloniyada növbədənkənar seçkilər təyin olunub

​Kataloniyada növbədənkənar seçkilər təyin olunub Muxtariyyətin iki partiyası artıq bu il seçkilərin keçirilməsi barədə razılığa gəlib
Digər ölkələr
15 Yanvar , 2015 21:36
​Kataloniyada növbədənkənar seçkilər təyin olunub

Bakı. 15 yanvar. REPORT.AZ/ İspaniyanın Kataloniya muxtar birliyinin iki aparıcı partiyası artıq bu il növbədənkənar seçkilərin keçirilməsi barədə razılığa gəlib.

"Report" xəbər verir ki, bundan əvvəl muxtar vilayətin rəhbəri Artur Mas səsvermənin plebisit şəklində keçiriləcəyinə dair vəd verib ki, bu da onu Madriddən ayrılaraq müstəqil olmağa dair referenduma alternativ edəcək.

“Sentyabrın 27-də mənim müstəqillik haqqında sorğu keçirməyə imkan verən fərmanı rəmzi və təntənəli şəkildə imzalamağımın bir ili tamam olacaq”, - deyə Mas mətbuat konfransında bildirib.

Kataloniyada hüquqi qüvvəyə malik olmayan sorğu 9 noyabr 2014-cü il tarixində keçirilib. Sorğuda iştirak edən 2 milyon insanın 80 faizi İspaniyadan ayrılmağın lehinə səs verib.

Madrid müstəqilliyə dair pdebisiti qanunsuz hesab edir.

Son xəbərlər

Orphus sistemi