Yuxarı
    Bağlamaq

    Karles Puçdemon Kataloniyanın müstəqilliyindən imtina variantını istisna etməyib

    Mövcud vəziyyətin səbəbi 2010-cu ildə muxtariyyətin statusunun ləğv edilməsidir© Reuters/ Eric Vidal

    Bakı. 14 noyabr. REPORT.AZ/ Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon regiondakı böhranı Kataloniyanın İspaniyadan ayrılmaması yolu ilə həll etmək variantını nəzərdən keçirdiyini açıqlayıb.

    "Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, o, konkret hansı variantdan bəhs etdiyini açıqlamayıb.

    K.Puçdemon mövcud vəziyyətin səbəbinin 2010-cu ildə muxtariyyətin Kataloniya və İspaniya hökuməti tərəfindən təsdiq edilmiş statusunun ləğv edilməsi ilə bağlı olduğunu deyib.

    Qeyd edək ki, daha əvvəl Kataloniyanın keçmiş rəhbərinin Avropa İttifaqını İspaniya hökumətinə təzyiq göstərməyə çağırdığı vurğulanırdı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi