Karles Puçdemon Almaniyada saxlanılıb

Karles Puçdemon Almaniyada saxlanılıb Onun Finlandiyadan Belçikaya gedərkən saxlanıldığı və hazırda komissarlıqda olduğu bildirilir
Digər ölkələr
25 Mart , 2018 14:46
Karles Puçdemon Almaniyada saxlanılıb

Bakı. 25 mart. REPORT.AZ/ İspaniyanın Kataloniya muxtar vilayətinin sabiq rəhbəri Karles Puçdemon Danimarka ilə sərhəddə Almaniya polisi tərəfindən saxlanılıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar günü onun vəkili Jaume Alonso-Kuevilyas öz "Twitter" mikrobloqunda yazıb.

Vəkil Puçdemonun Finlandiyadan Belçikaya gedərkən saxlanıldığını və hazırda komissarlıqda olduğunu bildirib.

Müdafiəçinin sözlərinə görə, Puçdemon Belçikaya məhkəmədə ifadə vermək üçün gedirmiş.

Cümə günü İspaniya Ali Məhkəməsinin hakimi Pablo Lyarena Puçdemonun həbsi üçün Avropa orderi verib.

Son xəbərlər

Orphus sistemi