Karib böhranı zamanı həlak olan SSRİ hərbçilərinin sayı ilk dəfə açıqlanıb

Karib böhranı zamanı həlak olan SSRİ hərbçilərinin sayı ilk dəfə açıqlanıb 1962-ci ilin avqustun 1-dən 1964-cü ilin avqustun 16-dək Kubada keçirilən əməliyyat zamanı 64 sovet vətəndaşı həlak olub
Digər ölkələr
9 Sentyabr , 2017 10:27
Karib böhranı zamanı həlak olan SSRİ hərbçilərinin sayı ilk dəfə açıqlanıb
Rossiya-1

Bakı. 9 sentyabr. REPORT.AZ/ Rusiya Müdafiə Nazirliyi SSRİ ilə ABŞ arasında "soyuq müharibənin" ən pik nöqtəsi sayılan Karib adaları böhranı zamanı həlak olan sovet əsgərlərinin sayını açıqlayıb.

"Report" "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu rəqəmlər ilk dəfə dərc olunur.

Nazirliyin məlumatına görə, 1962-ci ilin avqustun 1-dən 1964-cü ilin avqustun 16-dək Kubada keçirilən əməliyyatlar zamanı SSRİ-nin 64 vətəndaşı həlak olub.

Müdafiə Nazirliyinin həmin hadisələrlə bağlı şərhində qeyd olunub ki, Kubada sovet raketlərin yerləşdirilməsi ABŞ-ın İtaliya və Türkiyədə öz raketlərini yerləşdirilməsinə və Kubaya hücum etməsinə qarşı cavab addımı olub. 

Son xəbərlər

Orphus sistemi