Karakasda polis etirazçılara atəş açıb - VİDEO - YENİLƏNİB

Karakasda polis etirazçılara atəş açıb - VİDEO - YENİLƏNİB Bakı. 22 yanvar. REPORT.AZ/ Venesuelanın payaxtı Karakasda yerli polis qüvvələri qiyam qaldırmağa cəhd göstərən hərbçilərə dəstək olaraq xalq etirazlarının keçirildiyi Los-Mesedores rayonunda insanlara atəş açıblar.
Digər ölkələr
1284
22 Yanvar , 2019 06:45
Karakasda polis etirazçılara atəş açıb - VİDEO - YENİLƏNİB

Bakı. 22 yanvar. REPORT.AZ/ Venesuelanın payaxtı Karakasda yerli polis qüvvələri qiyam qaldırmağa cəhd göstərən hərbçilərə dəstək olaraq xalq etirazlarının keçirildiyi Los-Mesedores rayonunda insanlara atəş açıblar.

"Report" TV Venezuela-ya istinadən xəbər verir ki, kadrlarda polis əməkdaşlarından birinin yenidən prezident seçilən Nikolas Maduronun əleyhinə şüarların səsləndirildiyi binaya bir neçə atəş açdığı görünür.

Etirazçılar yollarda hüquq-mühafizə orqanları avtomobillərinin hərəkətinə mane olmaq üçün yanan təkərlərdən, daşlardan və iriölçülü zibil qutularından barrikadalar qurublar.


***01:56

Bakı. 22 yanvar. REPORT.AZ/ Bazar ertəsi Venesuelanın paytaxtı Karakasda bir qrup hərbçinin uğursuz qiyam qaldırmaq cəhdindən sonra hökumət əleyhinə çıxışlar davam edir.

“Report” TASS-a istinadən xəbər verir ki, etiraz aksiyalarında MesedoresPuerta-Karakas rayonlarının sakinləri iştirak edir.

Bildirilir ki, insanlar yollarda maşınların hərəkətinə mane olur və təkər yandırırlar.

"Biz azad Venesuela, dünyasını dəyişən uşaqlarımız üçün səhiyyə istəyirik. Əmək haqqı heçə nəyə çatmır, nə işıq puluna, nə dərmana, ölkə dağılır, bizi də məhv etmək istəyirlər", - deyə nümayiş iştirakçılarından biri bildirib.

Son xəbərlər

Orphus sistemi