ABŞ-ın paytaxtı Vaşinqtonun mərkəzində partlayış törədəcəyini bildirən şəxs təslim olub.
“Report” xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Qeyd edilir ki, avtomobilində partlayıcı qurğunun olduğunu bildirən naməlum kişi polis əməkdaşları ilə üzün sürən danışıqlardan sonra təslim olub.
Nəşrin məlumatəna görə, o, müaqvimət göstərməyib.
ABŞ-ın paytaxtı Vaşinqtonun mərkəzində, Kapitoli binasının ətrafındakı bir neçə məhəllə Konqres kitabxanasının qarşısındakı şübhəli avtomobil səbəbindən polis tərəfindən mühasirəyə alınıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Kapitoli təpəsi, Ali Məhkəmənin binası və Konqres kitabxanası “mühasirə”yə düşən yerlər sırasındadır.
Ərazi sarı lentlə təcrid edilib, orada zabitlər asayişi qoruyurlar və yolu oraya düşənlərdən marşrutu dəyişmələrini xahiş edirlər. Jurnalistlərin işləməsi üçün şübhəli avtomobildən yüzlərlə metr aralıda meydança qurulub.
Qeyd edək ki, daha əvvəl Kapitoli polisi Konqres kitabxanasının yaxınlığında aktiv bomba partlayışı təhlükəsi olduğunu bildirmiş və insanları bu ərazidən kənar durmağa çağırmışdı.