Kapitoli polisi iğtişaşlarda yaralanmış əməkdaşının ölümünü təsdiqləyib

Kapitoli polisi iğtişaşlarda yaralanmış əməkdaşının ölümünü təsdiqləyib Daha əvvəl CNN telekanalı zabitin ölümü barədə məlumat versə də, hüquq-mühafizə orqanlarının əməkdaşları bunu təkzib etmişdi.
Digər ölkələr
8 Yanvar , 2021 11:48
Kapitoli polisi iğtişaşlarda yaralanmış əməkdaşının ölümünü təsdiqləyib

Kapitoli polisi iğtişaşlar zamanı xəsarət almış əməkdaşının öldüyünü təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” Kapitoli polisinin rəsmi açıqlamasına istinadən məlumat verib.

Daha əvvəl CNN telekanalı zabitin ölümü barədə məlumat versə də, hüquq-mühafizə orqanlarının əməkdaşları bunu təkzib etmişdi.

“Yanvarın 7-də axşamı təqribən saat 21:30-da Kapitoli polisi Brayan Siknik xidmətdə ikən – etirazçılarla mübarizə zamanı aldığı xəsarətlər nəticəsində vəfat edib”, - bəyanatda deyilir.

Bu, iğtişaşların ikinci qurbanıdır: daha əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin veteranı Eşli Bebbittin öldüyü bildirilmişdi. Daha 3 nəfər isə iğtişaşlar zamanı zorakılıqla bağlı olmayan səbəblərdən ölüb.

Xatırladaq ki, ABŞ-da iğtişaşlar yanvarın 6-da hazırkı prezident Donald Tramp tərəfdarlarının Konqresə basqınından sonra başlayıb. Nümayişçilər yekunda binaya soxulmağı bacarıb və nəticədə iclasdakı parlamentariləri təcili olaraq təxliyə etmək lazım gəlib. Kapitolidə qarşıdurmalar zamanı dörd nəfər ölüb. Ən sonunda Konqres toplantısı davam etdirilib və qanunvericilər demokrat Cozef Baydenin prezident seçkisini qazandığını təsdiqləyib. Yanvarın 20-də ABŞ-ın yeni prezidentinin andiçmə mərasimi keçiriləcək.

Son xəbərlər

Orphus sistemi