Kanadaya yağan güclü qar yüzlərlə aviareysin ləğvinə səbəb olub

Kanadaya yağan güclü qar yüzlərlə aviareysin ləğvinə səbəb olub Bakı. 17 noyabr. REPORT.AZ/ Kanadanın Nyu-Bransuik, Nyufaundlend və Labrador əyalətlərinə yağan güclü qar səbəbindən yüzlərlə aviareys gecikib və ya ləğv olunub.
Digər ölkələr
17 Noyabr , 2018 05:56
Kanadaya yağan güclü qar yüzlərlə aviareysin ləğvinə səbəb olub

Bakı. 17 noyabr. REPORT.AZ/ Kanadanın Nyu-Bransuik, Nyufaundlend və Labrador əyalətlərinə yağan güclü qar səbəbindən yüzlərlə aviareys gecikib və ya ləğv olunub.

"Report" "CTV News"a istinadən xəbər verir ki, əyalətlərə 25 sm-dək qar yağıb ki, bu da aylıq yağıntı normasından üç dəfə çoxdur.

Yerli hakimiyyət orqanları əhaliyə şəxsi nəqliyyatdan istifadə etməməyi və havalar düzələnədək evdə oturmağı tövsiyə ediblər.

Əyalətlərdə demək olar ki, bütün məktəblərdə dərslər ləğv olunub.

Bundan əvvəl ABŞ-da qarlı havada baş verən avtomobil qəzasında 8 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi