Kanadanın qərbində güclü leysan yağışları səbəbindən fövqəladə vəziyyət elan olunub

Kanadanın qərbində güclü leysan yağışları səbəbindən fövqəladə vəziyyət elan olunub Güclü leysan yağışlarının səbəb olduğu sel Kanadanın Britaniya Kolumbiyası vilayətində fövqəladə vəziyyət elan olunub. Bir nəfər həlak olub, bir neçə sakin itkin düşmüş hesab olunur.
Digər ölkələr
18 Noyabr , 2021 16:55
Kanadanın qərbində güclü leysan yağışları səbəbindən fövqəladə vəziyyət elan olunub
0 : 00
0 : 00

Güclü leysan yağışlarının səbəb olduğu sel nəticəsində Kanadanın Britaniya Kolumbiyası vilayətində fövqəladə vəziyyət elan olunub. Bir nəfər həlak olub, bir neçə sakin itkin düşmüş hesab olunur.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Su altında qalmış rayonlardan 18 minədək insanın təxliyə edilməsi barədə göstəriş verilib. Leysanın səbəb olduğu sürüşmələr nəticəsində evlər və infrastruktur obyektləri dağılıb, dəmir yolu magistralları bloklanıb, ölkənin əsas avtomobil yolunun ayrı-ayrı hissələri yuyulub.

Əraziyə 408 taktiki helikopter eskadriliyası göndərilib.

Son xəbərlər

Orphus sistemi