Kanadada məscidə silahlı hücum nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb - ƏLAVƏ OLUNUB

Kanadada məscidə silahlı hücum nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb - ƏLAVƏ OLUNUB Hücum nəticəsində 8 nəfər yaralanıb
Digər ölkələr
30 Yanvar , 2017 09:31
Kanadada məscidə silahlı hücum nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb - ƏLAVƏ OLUNUB

Bakı. 30 yanvar. REPORT.AZ/ Kanadanın Kvebek şəhərində əli silahlı 3 şəxsin məscidə daxil olaraq atəş açması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, hücum nəticəsində 8 nəfər yaralanıb.

*** 09:31

“Bu gün Kvebekdə məscidə edilən qorxaqcasına hücumun qurbanlarına yas saxlayırlar. Mənim fikrim hücum nəticəsində ölənlərin yaxınlarının yanındadır”.

“Report” xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Tryudo Kvekebkdə İslam mədəniyyəti mərkəzinə hücumla bağlı “Twitter” səhifəsində yazıb.

Hökumət başçısı məscidə hücumu terror aktı adlandırıb.

Xəbərdə bildirilib ki, Kanadanın Kvebek əyalətinin eyni adlı şəhərində əli silahlı 3 nəfərin məscidə soxularaq, açdığı atəş nəticəsində azı 5 nəfər ölüb.

Hadisə ilə bağlı iki nəfərin həbs edildiyi bildirilib. Polis rəsmiləri hücumda iştirak edən üçüncü silahlının qaçıb, gizləndiyini istisana etməyib.

Məlumata görə, terror aktı gecə namazı zamanı törədilib. Həmin vaxt məsciddə 40-100 nəfər insan olub.

Hücumun səbəbi məlum deyil, araşdımalar aparılır. 

Son xəbərlər

Orphus sistemi