Kanadanın baş naziri ABŞ-ı yeni rüsumlara sərt cavab veriləcəyi ilə hədələyib

Kanadanın baş naziri ABŞ-ı yeni rüsumlara sərt cavab veriləcəyi ilə hədələyib Bakı. 10 iyun. REPORT.AZ/ Kanadanın baş naziri Castin Trüdo ABŞ-ı sərt cavab tədbirləri ilə hədələyib.
Digər ölkələr
10 İyun , 2018 05:40
Kanadanın baş naziri ABŞ-ı yeni rüsumlara sərt cavab veriləcəyi ilə hədələyib

Bakı. 10 iyun. REPORT.AZ/ Kanadanın baş naziri Castin Trüdo ABŞ-ı sərt cavab tədbirləri ilə hədələyib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o, Amerika prezidenti Donald Trampın ölkəyə polad və alümin idxalı üçün qoruyucu rüsum tətbiqini davam etdirəcəyi təqdirdə bu addımı ata biləcəklərini deyib.

"Əgər prezident (ABŞ) ədalətsiz tarif maneələri tətbiqini davam etdirərsə, biz sərt cavab verəcəyik", – deyə Kanadanın baş naziri G7 sammitinin yekununda bildirib.

Tramp G7 sammitindən bir müddət əvvəl Avropa İttifaqı və Kanadadan gətirilən polad və alüminə rüsum tətbiq edib ki, bu da onun ünvanına tənqidlərə səbəb olub.

Son xəbərlər

Orphus sistemi