Kanadalı milyarder və onun həyat yoldaşı evində ölü tapılıb

Kanadalı milyarder və onun həyat yoldaşı evində ölü tapılıb Polis ölüm şəraitini şübhəli hesab edir
Digər ölkələr
16 Dekabr , 2017 05:53
Kanadalı milyarder və onun həyat yoldaşı evində ölü tapılıb

Bakı. 16 dekabr. REPORT.AZ/ "Apotex" şirkətinin təsisçisi, kanadalı milyarder Barri Şerman və onun həyat yoldaşı Hani Torontodakı evində ölmüş vəziyyətdə tapılıb.

“Report” xəbər verir ki, bu barədə korporasiyanın bəyanatına istinadən "CBC News" telekanalı məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, polis ölüm şəraitini şübhəli hesab edir. Həmçinin materialda qeyd olunur ki, onların meyitini mənzildə aşkar edən şəxs Şerman ailəsinin üzvü olmayıb. Hadisənin səbəbləri araşdırılır.

"Apotex" şirkəti 1974-cü ildə təsis edilib. O, dünyanın 115 ölkəsinə ixrac olunan dərman preparatlarının hazırlanması ilə məşğul olur.

Son xəbərlər

Orphus sistemi