Bakı. 16 fevral. REPORT.AZ/ Kanadanın Alberta əyalətində qar uçqunu nəticəsində bir nəfər ölüb, daha dörd nəfər yaralanıb.
"Report" TASS agentliyinə istinadən xəbər verir ki, faciə Kenmor şəhərciyi yaxınlığındakı Banf milli parkında baş verib.
Park nümayəndəsi Mayk Koppanqın sözlərinə görə, təbii fəlakət nəticəsində beş turist uçqun altında qalıb.
"Bir nəfər ölüb, iki nəfər yaralanıb, daha iki nəfər yüngül xəsarət alıb. Onlar qar uçqunu altından çıxaraq kömək çağıra biliblər", - deyə park nümayəndəsi əlavə edib.
Ölən şəxsin və iki yaralının təxliyə edilməsi üçün hadisə yerinə vertolyot cəlb olunub.