Kanadada təyyarə qəzaya uğrayıb

Kanadada təyyarə qəzaya uğrayıb Qəza nəticəsində 3 nəfər xəsarət alıb
Digər ölkələr
22 Oktyabr , 2017 09:59
Kanadada təyyarə qəzaya uğrayıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Kanadada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

"Report"un məlumatına görə, bu barədə "CTV News" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Kvebek vilayətində baş verib. Təyyarə Sen-Lazarda kənddə yerə düşüb. 

Qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan onlar xəstəxanaya yerləşdirilib.

Kvebek polisi hadisənin səbəblərini araşdırır.

Son xəbərlər

Orphus sistemi