Yuxarı

Kanadada təyyarə qəzası baş verib, ölənlər var

Ölkə parlamentinin keçmiş üzvü Ceyms Prentis də qəzada ölənlər arasındadır

Bakı. 14 oktyabr. REPORT.AZ/ Kanadada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "CBC News" məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin Britaniya Kolumbiyası vilayətində baş verib. Qəza nəticəsində 4 nəfər həlak olub.

Kanadanın Nəqliyyat Təhlükəsizliyi Komitəsinin sədri Bill Yervud jurnalistlərə bildirib ki, təyyarə Keloun şəhərindən Sprinqbenk aeroportuna uçurmuş. Lakin o, səmaya qalxdıqdan sonra radarlardan itib.

Bir qədər sonra operativ xidmətin əməkdaşları hava gəmisinin qalıqlarını aşkar ediblər.

"Reuters"in məlumatına görə, Kanada parlamentinin keçmiş üzvü Ceyms Prentis də qəzada ölənlər arasındadır.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi