Kanadada sərnişin təyyarəsi yanaraq təcili eniş edib

Kanadada sərnişin təyyarəsi yanaraq təcili eniş edib Yanğın hava gəmisinin yük hissəsində baş verib
Digər ölkələr
15 İyun , 2018 01:40
Kanadada sərnişin təyyarəsi yanaraq təcili eniş edib

Bakı. 15 iyun. REPORT.AZ/ Kanadanın Kalqari şəhərindən Vankuverə uçan "WestJet" aviaşirkətinə məxsus sərnişin təyyarəsi hava limanına geri qayıdaraq məcburi eniş edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı CTV telekanalı məlumat yayıb.

Bildirilir ki, uçduqdan 15 dəqiqə sonra pilotlara yük bölməsində yanğının olması barədə siqnal daxil olub. Bu səbəbdən hava gəmisinin komandiri "Boeing-737"nin Kalqariyə qayıtması barədə qərar qəbul edib. Eniş ştat rejimində həyata keçirilib, sərnişin və heyət üzvləri arasında zərər çəkən olmayıb.

Təyyarənin göyərtəsində neçə nəfərin olması barədə məlumat verilmir. Bütün sərnişinlər başqa reyslə Vankuverə uçublar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi