Kanadada naməlum şəxs kilsədə atəş açıb

Kanadada naməlum şəxs kilsədə atəş açıb Kanadanın Britaniya Kolumbiyası əyalətinin Selmon-Arm şəhər kilsəsində baş verən atışma nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb.
Digər ölkələr
15 Aprel , 2019 07:43
Kanadada naməlum şəxs kilsədə atəş açıb

Kanadanın Britaniya Kolumbiyası əyalətinin Selmon-Arm şəhər kilsəsində baş verən atışma nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Silahlı insident İsa Məsih kilsəsində olub. İbadət zamanı 25 yaşlı naməlum şəxs binaya daxil olaraq, iki nəfərə bir neçə dəfə atəş açıb. Onlardan biri hadisə yerində ölüb, ikinci xəstəxanaya yerləşdirilib. Polis atəş açan şəxsi saxlayıb. Onun adı açıqlanmır.

İlkin məlumata görə, polis cinayət hadisəsini saxlanılan şəxsin dini baxışları ilə əlaqələndirmir.

Son xəbərlər

Orphus sistemi