Kanadanın qərbindəki Britaniya Kolumbiyası əyalətində leysan yağışlar güclü daşqınlara səbəb olub.
"Report" xəbər verir ki, bu barədə CBC kanalı yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, daşqınların yaratdığı palçıq axınlarında 4 nəfərin meyiti tapılıb.
Hazırda itkin düşmüş bir nəfərin axtarışları davam etdirilir.
Bölgədə təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Daşqınların nəticələrini aradan qaldırmaq üçün Kanada hərbçiləri cəlb olunub.