Kanadada koronavirusla bağlı son vəziyyət açıqlandı

Kanadada koronavirusla bağlı son vəziyyət açıqlandı Kanadada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 833nəfər artaraq 6 258-ə çatıb.
Digər ölkələr
30 Mart , 2020 07:28
Kanadada koronavirusla bağlı son vəziyyət açıqlandı

Kanadada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 833nəfər artaraq 6 258-ə çatıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Kanadanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, yoluxma Kanadanın 13 bölgəsindən 12-də qeydə alınıb.

Xəstəlik daha çox Ontarioda yayılıb. Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə yoluxanların sayı 360 nəfər artaraq – 1 355 nəfərə çatıb.

COVID-19 daşıyıcılarının əhəmiyyətli bir hissəsi Kvebekdə (2 840) və Britaniya Kolumbiyasında (884) müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi