Kanadada koronavirusa yoluxanların sayı 84,7 minə çatır

Kanadada koronavirusa yoluxanların sayı 84,7 minə çatır Kanadada koronavirusa yoluxma hallarının sayı artıb.
Digər ölkələr
149
25 May , 2020 07:54
Kanadada koronavirusa yoluxanların sayı 84,7 minə çatır

Kanadada koronavirusa yoluxma hallarının sayı artıb.

"Report" xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyinə istinadən TASS məlumat yayıb.

Qeyd edilir ki, ölkədə COVD-19-a yoluxanların sayı 84 699-a çatıb.

Nazirliyin məlumatına görə, son gün ərzində COVID-19-a yeni 1 078 yoluxma aşkarlanıb.

Bütün pandemiya ərzində Kanadada 6 424 insan koronavirusun qurbanı olub. Ölkədə virusa yoluxmuş 43 985 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi