Kanadada koronavirusa yoluxanların sayı 134 mini ötdü

Kanadada koronavirusa yoluxanların sayı 134 mini ötdü Kanadada COVID-19-a yoluxanların sayı artıb.
Digər ölkələr
10 Sentyabr , 2020 08:33
Kanadada koronavirusa yoluxanların sayı 134 mini ötdü

Kanadada COVID-19-a yoluxanların sayı artıb.

“Report” xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, ölkədə koronavirusa yoluxma hallarının sayı 134 294-ə çatıb. Qeyd edilir ki, COVID-19 qurbanlarının sayı 9 155-ə yüksəlib.

Nazirlik bildirib ki, pandemiya ərzində Kanadada ümumilikdə 118 mindən çox pasiyent sağalıb. Qeyd edək ki, daha əvvəl Ottavada minlərlə insan koronavirusa görə məhdudlaşdırıcı tədbirlərə etiraz əlaməti olaraq aksiya keçirib.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Hazırda virus 218 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib. 

Son xəbərlər

Orphus sistemi