Kanadada idmançıları daşıyan avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb

Kanadada idmançıları daşıyan avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb Bakı. 12 aprel. REPORT.AZ/ Kanadanın Saskaçevan vilayətində Humbolt Bronkos hokkey komandasının üzvlərini daşıyan avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
Digər ölkələr
12 Aprel , 2018 03:58
Kanadada idmançıları daşıyan avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb

Bakı. 12 aprel. REPORT.AZ/ Kanadanın Saskaçevan vilayətində "Humbolt Bronkos" hokkey komandasının üzvlərini daşıyan avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "CBC" telekanalı məlumat yayıb.

Məlumata görə, komandanın 25 yaşlı fizioterapevti Dayana Brons qəza zamanı aldığı xəsarətlərdən xəstəxanada ölüb. O, iki cərrahi əməliyyat keçirib. Lakin həkimlər Dayana Bronsun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, hadisə bir neçə gün əvvəl Tisdeyl şəhərindən 30 kilometr şimalda baş verib. Ağır tonnajlı yük avtomobili iki yol ayrıcında avtobusla toqquşub. 

Hadisə zamanı avtobusda 29 nəfər olub. Onlardan 14-ü hadisə yerində ölüb. Digər sərnişinlər isə xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi