Bakı. 20 may. REPORT.AZ/ Kanada polisi Monreal aeroportunda "İslam Dövləti" terror təşkilatına qoşulmaq üçün ölkəni tərk etmək istəyən 10 gənci saxlayıb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Onlar istirahət günlərində saxlanılıb.
Hazırda təhqiqat aparılır, gənclərə qarşı hələ ki ittiham irəli sürülməyib, onların pasportları müsadirə edilib.
Dövlət təhlükəsizliyi naziri Stiven Blani bildirib ki, polis mümkün terror fəallığını diqqətlə izləyəcək.
"Beynəlxalq cihad hərəkatı Kanadada müharibə elan edib. Biz kənarda qalmayacağıq və İŞİD-i zəiflətmək və məhv etmək üçün müttəfiqlərimizə qoşulacağıq", - Blaninin bəyanatında deyilir.