Kanadada hindular internat sisteminin qurucularından birinin heykəlini uçurublar

Kanadada hindular internat sisteminin qurucularından birinin heykəlini uçurublar Kanadada etiraz aksiyası keçirən hindular katolik kilsəsinin internat məktəbi sisteminin qurucularından olan Eqerton Rayersonun heykəlini uçurublar.
Digər ölkələr
7 İyun , 2021 16:49
Kanadada hindular internat sisteminin qurucularından birinin heykəlini uçurublar

Kanadada etiraz aksiyası keçirən hindular katolik kilsəsinin internat məktəbi sisteminin qurucularından olan Eqerton Rayersonun heykəlini uçurublar.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Toronto Star” qəzeti yayıb.

Bildirilib ki, bu heykəlin götürülməsi ilə bağlı mübahisə bir ildən artıq imiş davam edirmiş.

Qeyd edək ki, Kanadanın Kamplus şəhəri ərazisindəki keçmiş internat məktəbində 3 yaşlı 200-dən çox uşağın meyitinin qalıqları aşkarlanıb. “CBC News” telekanalı bildirib ki, 1890-cı ildən 1969-cu ilədək katolik kilsəsi hindu uşaqları üçün internat məktəblər yaradıb. 1978-ci ildən məktəb hökumətin nəzarətinə keçib.

Bu günlərdə hindular Roma Papasından həmin internatlarla bağlı üzr istəməsini tələb ediblər. Onlar bildirib ki, həmin müəssisələrdə hindu uşaqları istismar edilib, cinsi təcavüzə məruz qalıblar.

Son xəbərlər

Orphus sistemi