Kanadada hərbi təyyarə qəzaya uğrayıb, 1 nəfər ölüb

Kanadada hərbi təyyarə qəzaya uğrayıb, 1 nəfər ölüb Kanada Hərbi Hava Qüvvələrinin “Snowbirds” pilot qrupu təyyarəsinin qəzaya uğraması nəticəsində 1 nəfər həlak olub, daha 1 nəfər yaralanıb.
Digər ölkələr
18 May , 2020 04:04
Kanadada hərbi təyyarə qəzaya uğrayıb, 1 nəfər ölüb

Kanada Hərbi Hava Qüvvələrinin “Snowbirds” pilot qrupu təyyarəsinin qəzaya uğraması nəticəsində 1 nəfər həlak olub, daha 1 nəfər yaralanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri bildirib.

"Ürək ağrısı ilə elan edirik ki, Kanada Hərbi Qüvvələrinin "Qar quşları" komandasının üzvlərindən biri öldü, daha biri ciddi xəsarət aldı. Təsdiq edə bilərik ki, bu hadisənin zərər verdiyi pilotların ailə üzvləri ilə əlaqə saxladılar”, - Kanada Hərbi Hava Qüvvələrinin “Twitter”dəki bəyanatında deyilir.

Daha əvvəl Kanada Hərbi Hava Qüvvələrinin bəyanatına istinadən bildirilirdi ki, təyyarə ölkənin qərb hissəsində, Kamlups şəhəri yaxınlığında qəzaya uğrayıb. Bu halda hadisənin şahidi “Global News” telekanalına bildirib ki, pilot katapulta vasitəsilə xilas olub. 

Son xəbərlər

Orphus sistemi