Kanadada hərbi təlimlər zamanı 1 əsgər ölüb, 3-ü yaralanıb

Kanadada hərbi təlimlər zamanı 1 əsgər ölüb, 3-ü yaralanıb Əsgərin ölümünə nəqliyyat vasitəsi ilə bağlı insident səbəb olub
Digər ölkələr
26 Aprel , 2017 07:15
Kanadada hərbi təlimlər zamanı 1 əsgər ölüb, 3-ü yaralanıb

Bakı. 26 aprel. REPORT.AZ/ Kanada Silahlı Qüvvələrinin keçirdiyi "Rugged Bear" adlı təlimlər zamanı 1 hərbçi ölüb, daha 3-ü yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kanadanın Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Əsgərin ölümünə nəqliyyat vasitəsi ilə bağlı baş verən insident səbəb olub. Yaralıların vəziyyəti barədə heç bir məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.

Aprelin 3-də başlayan təlimlərdə 3 min əsgər və zabit iştirak edir.

Son xəbərlər

Orphus sistemi