Kanadanın səkkiz regionunda epidemiya nəticəsində 6 nəfər ölüb, daha 153 nəfər salmonellyoz xəstəliyinə tutulub.
"Report" xəbər verir ki, bu barədə Kanada Səhiyyə Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.
Xəstəliyin mənbəyi “Malichita” və “Rudy” tərəfindən tədarük edilən qovunlar olub. Qovunlar oktyabrın sonu və noyabrın əvvəllərində Alberta, Britaniya Kolumbiyası, Kvebek, Yeni Şotlandiya, Nyu-Brunsvik, Nyufaundlend və Labrador, Ontario və Şahzadə Edvard Adasında ərzaq mağazalarında satılıb.
Bu şirkətlərin meyvələri artıq Kanadanın bütün bölgələrində satışdan yığışdırılıb.
Səhiyyə Nazirliyi qeyd edib ki, dekabrın 15-nə 53 nəfər xəstəxanaya yerləşdirilib, 6 xəstə vəfat edib. Əsas zərərçəkənlər beş yaşınadək uşaqlar və pensiyaçılar olub.