Kanadada avtomobilini baş nazirin iqamətgahına çırpan şəxs həbs edildi

Kanadada avtomobilini baş nazirin iqamətgahına çırpan şəxs həbs edildi Kanadada avtomobilini ölkənin baş naziri Castin Tryudo iqamətgahının qapısına çırpmış Kori Xaren azadlıqdan 6 il müddətinə məhrum edilib
Digər ölkələr
11 Mart , 2021 04:07
Kanadada avtomobilini baş nazirin iqamətgahına çırpan şəxs həbs edildi
Castin Tryudo

Kanadada avtomobilini ölkənin baş naziri Castin Tryudonun iqamətgahının qapısına çırpmış Kori Xaren adlı şəxs azadlıqdan 6 il müddətinə məhrum edilib.

Bu barədə “Report” CBC-yə istinadən xəbər verir.

Bundan başqa, Kori Xarrenə ömürlük odlu silah gəzdirmək qadağan edilib.

Məlumata görə, Xarren törətdiyi hadisədə özünü təqsirkar bilib. Onun iqamətgaha vurduğu zərər 79 min ABŞ dolları məbləğində qiymətləndirilir

Hadisə ötən ilin 2 iyulunda baş verib. Xarren avtomobili ilə Rido-Xollda kompleksin qapılarını zədələyib. Qeyd edək ki, Baş nazir Tryudonun evi burdadır.

Son xəbərlər

Orphus sistemi