Kanadada atışma olub, ölənlər və yaralananlar var

Kanadada atışma olub, ölənlər və yaralananlar var Kanadanın Toronto şəhərində baş verən atlşma zamanı azı iki nəfər həlak olub, daha iki nəfər yaralanıb.
Digər ölkələr
9 Avqust , 2021 01:46
Kanadada atışma olub, ölənlər və yaralananlar var

Kanadanın Toronto şəhərində baş verən atışma zamanı azı iki nəfər həlak olub, daha iki nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə polisə istinadən CBC telekanalı bildirib.

Məlumata görə, hadisə zamanı öldürülənlər 28-43 yaşlı kişilərdir.

Polisin qənaətincə, onların arasında dava olub, bu isə atışmaya gətirib çıxarıb. Nəticədə iki nəfər hadisə yerində həlak olub, daha iki nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi