Kanadada anomal istilər azı 18 nəfərin həyatına son qoyub - YENİLƏNİB

Kanadada anomal istilər azı 18 nəfərin həyatına son qoyub - YENİLƏNİB Bakı. 4 iyul. REPORT.AZ/ Kanadada anomal istilərdən ölənlərin sayı 17 nəfərə çatıb.
Digər ölkələr
5 İyul , 2018 04:45
Kanadada anomal istilər azı 18 nəfərin həyatına son qoyub - YENİLƏNİB

Bakı. 4 iyul. REPORT.AZ/ Kanadada anomal istilərdən ölənlərin sayı 17 nəfərə çatıb. 

"Report" xəbər verir ki, bu barədə "Globe and Mail" nəşri məlumat yayıb.

Məlumata görə, onlardan 12-i Monrealda ölüb. Burada havanın temperaturu 40 dərəcəni ötüb. 

Digər mətbu orqanlar isə ölənlərin sayının hətta 18 nəfərə çatdığını xəbər veriblər. İsti hava şəraitinin cümə gününə qədər davam edəcəyi bildirilir.


***22:09

Kanadanın Kvebek vilayətində ötən bazar qeydə alınmış anomal istilər 16 nəfərin həyatına son qoyub.

"Report" xəbər verir ki, bu barədə TASS agentliyi xəbər verib.

Bildirilir ki, onlardan 11-i vilayətin ən iri şəhərində Monrealda ölüb. Meqapolisdə isti hava şəraiti ilə əlaqədar təcili yardıma zənglər 30 faiz artıb.

Monrealda sonuncu dəfə normadan yüksək hava 2010-cu ilin yayında qeydə alınıb. Həmin vaxt anomal istilər 106 nəfərin həyatına son qoyub.  

Son xəbərlər

Orphus sistemi