Kanada hökuməti 2022-ci ildən bəri Ukraynaya dəstək üçün artıq 19 milyard dollar (13,6 milyard ABŞ dolları) ayırıb.
“Report” Kanada KİV-ə istinadən xəbər verib ki, bu barədə ölkənin Baş naziri Castin Trüdo Monrealda keçirilən NATO Parlament Assambleyasının 70-ci illik sessiyasında bildirib.
“Hazırkı münaqişənin başlanğıcından bəri hərbi xərclərə 4,5 milyard Kanada dolları (3,2 milyard ABŞ dolları) xərcləyərək Ukraynaya dəstəyimizi artırmışıq. Ümumilikdə isə Ukraynaya dəstək üçün artıq 19 milyard dollar (13,6 milyard ABŞ dolları) ayırmışıq”, - o deyib.
Kiyevin ehtiyacları üçün son hərbi xərclərdən danışarkən Trüdo xatırladıb ki, Ottava “F-16” qırıcılarını idarə etmək üzrə ukraynalı pilotların təlimini maliyyələşdirib, həmçinin Ukrayana tərəfinə NASAMS zenit-raket kompleksi verib.