Kanada Senatı Sepahın terrorçular siyahısına daxil edilməsinə dair hökuməti razı salıb

Kanada Senatı Sepahın terrorçular siyahısına daxil edilməsinə dair hökuməti razı salıb Kanada Senatı İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) terrorçu təşkilatlar siyahısına daxil edilməsinə dair hökuməti razı salıb.
Digər ölkələr
9 İyun , 2023 14:33
Kanada Senatı Sepahın terrorçular siyahısına daxil edilməsinə dair hökuməti razı salıb

Kanada Senatı İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) terrorçu təşkilatlar siyahısına daxil edilməsinə dair hökuməti razı salıb.

“Report” xəbər verir ki, bu barədə Kanada Senatının nümayəndəsi Ratna Ümidvar tviter səhifəsində yazıb.

Məlumata görə, Sepahın terrorçu təşkilat olaraq tanınması təklifini R.Ümidvar irəli sürüb.

Bildirilib ki, 2018-ci ildə Kanada parlamenti Sepahı terrorçu təşkilat olaraq tanısa da, Baş nazir Castin Trüdo tərəfindən bu məsələ reallaşmayıb.

Qeyd edək ki, ABŞ və İsrail bu silahlı birləşməni terrorçu təşkilatlar siyahısına daxil edib. Avropa İttifaqı, Böyük Britaniya isə bu silahlı qüvvəninin ayrı-ayrı təmsilçilərinə qarşı sanksiya tətbiq edib.

Xatırladaq ki, Ratna Ümidvar miqrasiya, müxtəliflik və inklüzivlik mövzusunda beynəlxalq səviyyədə tanınmış simadır. O, 1981-ci ildə İrandan Kanadaya mühacirət edib. O, 2016-cı ildə müstəqil senator kimi Kanada Senatına təyin olunub.

Son xəbərlər

Orphus sistemi