Kanada parlamenti marixuananın leqallaşdırılmasına dair qanun layihəsini təsdiqləyib

Kanada parlamenti marixuananın leqallaşdırılmasına dair qanun layihəsini təsdiqləyib Qanun 2018-ci il iyulun 1-də qüvvəyə minəcək
Digər ölkələr
28 Noyabr , 2017 08:32
Kanada parlamenti marixuananın leqallaşdırılmasına dair qanun layihəsini təsdiqləyib

Bakı. 28 noyabr. REPORT.AZ/ Kanada parlamentinin Nümayəndələr Palatası səslərin çoxluğu ilə marixuananın leqallaşdırılmasına dair qanun layihəsini təsdiqləyib.

"Report" TASS-a istinadən xəbər verir ki, deputatların 200-ü qanun layihəsinin lehinə, 82-i isə əleyhinə səs verib.

Sənəd baxılması üçün yuxarı palata olan Senata göndərilib. Qanunun 2018-ci il iyulun 1-də qüvvəyə minməsi gözlənilir.

Sənədə əsasən, 18 yaşdan yuxarı şəxslərə marixuananın satışına icazə veriləcək. Bundan əlavə, hər kəs 4 marixuana bitkisi becərə bilər. Habelə 18 yaşdan yuxarı şəxslər xüsusi dükanlardan 30 qramadək qurudulmuş və ya təzə marixuananı ala, üzərində gəzdirə bilər. Federal hakimiyyət orqanları yüngül narkotikin tədarükü ilə məşğul olacaq və onun reallaşdırııması üçün lisenziyalar verəcək. 

Marixuananın satış qiymətinə gəldikdə, bu, regional hakimiyyət orqanlarına həvalə ediləcək. Sonuncular marixuana istifadəçilərinin yaş senzini də artıra bilər.

Son xəbərlər

Orphus sistemi