Kanada Latviyada NATO missiyasını gücləndirir

Kanada Latviyada NATO missiyasını gücləndirir Kanada hakimiyyəti Latviyada NATO qrupunu gücləndirmək üçün bu ölkəyə general və altı qərargah zabiti göndərir.
Digər ölkələr
13 May , 2022 08:12
Kanada Latviyada NATO missiyasını gücləndirir

Kanada hakimiyyəti Latviyada NATO qrupunu gücləndirmək üçün bu ölkəyə general və altı qərargah zabiti göndərir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədəKanadanın Baş naziri Castin Trüdo Ottavada latviyalı həmkarı Krisjanis Karins ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yüksək rütbəli kanadalı hərbçilər Baltikyanı regionda hərbçilərin hərəkətlərinin planlaşdırılması və əlaqələndirilməsinə cəlb olunacaqlar. Trüdo qeyd edib ki, Latviya tərəfi bu barədə Ottavaya müraciət edib.

Baş nazir əlavə edib ki, hazırda Latviyada 695 kanadalı hərbçi var.

NATO-nun 2016-cı ilin iyulunda Varşavada keçirilən sammitində Baltikyanı ölkələr və Polşada dörd çoxmillətli batalyonun yerləşdirilməsi barədə qərar qəbul edilib. Latviya batalyonuna o zaman Kanada rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi